Hadisə Özəl

Türkiyədə silahlı hücum: Yaralanan var

Türkiyədə silahlı hücum: Yaralanan var

Türkiyədə silahlı hücum nəticəsində 1 nəfər ağır yaralanıb.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Samsun vilayətində baş verib.

Belə ki, vilayətin Bafra rayonunda bir nəfər danışmağa çağırdığı şəxsə silahla atəş açıb. Nəticədə güllənən şəxs ağır yaralanıb.

Yaralı qısa müddət ərzində xəstəxanaya yerləşdirilib. Hadisə yerindən qaçan hücumçu şəxslə bağlı axtarışlara başlanılıb.

Faktla bağlı istintaq davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova