Dünya Özəl

Braziliyada sel fəlakətində ölənlərin sayı 31-ə çatdı

Braziliyada sel fəlakətində ölənlərin sayı 31-ə çatdı

Braziliyanın Rio-Qrande-du-Sul əyalətində güclü sel nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru Eduardo Leit açıqlama verib.

Onun sözlərinə görə, ölənlərin sayı artmaqda davam edir:

"Təəssüf ki, daha 4 nəfərin cəsədi tapılıb. Bununla da fəlakətdə can itkisi artaraq 31 nəfərə yüksəlib. Hələ də xilas edilməmiş çox sayda insan var".

Qeyd edək ki, əyalətdə fövqəladə vəziyyət elan edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova