Dünya

“Tarixi şəxsiyyətə deyil, ərimə ehtiyacım var”

“Tarixi şəxsiyyətə deyil, ərimə ehtiyacım var”

“Həyat yoldaşım Zelenski ilə birlikdə yaşamırıq, ailəmiz bölünüb”.

Demokrat.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin xanımı Yelene Zelenskaya BBC-yə müsahibəsində deyib.

Zelenskaya müsahibəsində hazırda davam edən müharibənin onların ailə həyatına necə təsir etdiyindən danışıb: “Mənə yanımda həyat yoldaşı lazımdır, tarixi şəxsiyyət deyil. Ola bilər, bu, bir az eqoist şəkildə səslənir, lakin bu həqiqətən də belədir. Hazırda bizim tez-tez olmasa da, görüşmək imkanımız var”.

Onun sözlərinə görə, oğlu Zelenski üçün çox darıxır: “Lakin biz güclü olmağa davam edirik, bizim həm fiziki, həm də emosional gücümüz var. Bunun öhdəsindən birlikdə gələcəyimizə əminəm”.

D
demokrat.az