Region Özəl

Sabiq nazir vefat etdi

Sabiq nazir vefat etdi

Türkiyəli sabiq nazir Necmettin Cevheri vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Məlumata əsasən, keçmiş nazir Necmettin Cevheri 93 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1930-cu ildə Şanlıurfada anadan olan Cevheri Ədliyyə, Kənd Təsərrüfatı və Turizm nazirliklərində baş nazirin müavini vəzifəsində çalışıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova