Gündəm Özəl

“Sülhməramlılar bölgəyə iki xalqı toqquşdurmaq üçün gəlib” — AÇIQLAMA

“Sülhməramlılar bölgəyə iki xalqı toqquşdurmaq üçün gəlib” — AÇIQLAMA

Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin komandiri dəyişib. 2023-cü il sentyabrın 3-də komandanlıq general-mayor Kulakov Kirill Denisoviçə həvalə edilib.

Politoloq Qabil Hüseynli Demokrat.az-a açıqlamasında deyib ki, sülhməramlılara hər dəfə yeni komandirin təyin olunması onların fəaliyyətində heç nəyi dəyişdirmir:

“Sülhməramlılar bölgəyə iki xalqı toqquşdurmaq üçün gəlib” — AÇIQLAMA

“Ruslar bölgəyə var-dövlət qazanmaq və iki xalqı bir-birilə toqquşdurmaq üçün gəliblər. Onların fəaliyyətinin qanuniliyi də şübhə altındadır, çünki mandatları yoxdur. İldə bir-iki dəfə komandirlərini dəyişməklə gözdən pərdə asırlar. Guya yeni gələn şəxs problemləri həll edəcək, qanunlar çərçivəsində fəaliyyət göstərəcəklər. Bunlar hamısı nağıldır. Ən yaxşı variant onların bölgəni birdəfəlik tərk etməsidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova