Avstriyada islam dininə qarşı naməlum şəxslər tərəfindən təxribat törədilib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Avstriyanın Qraz şəhərində fəaliyyət göstərən məscidin girişinə bir qrup şəxs donuz başı atıb. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.
Səlahiyyətlilər bildiriblər ki, bu tip hücumlar yolverilməzdir:
"Bu hücumu ən sərt şəkildə qınayırıq. İbadət yerlərinə, dini həssaslıqlara və qurumlara hörmət müasir cəmiyyətlərin vazkeçilməzləri arasındadır".
Səlahiyyətlilər həmçinin, məsələni yaxından izlədiklərini və təhlükəsizlik qüvvələrinin araşdırmasının nəticəsini gözlədiklərini bildirib.
Aysu Demokrat.az


