"Sədərək" ticarət mərkəzinin ərazisində yanğın baş verib.
Demokrat.az xəbər verir ki, yanğın ticarət mərkəzinin giriş hissəsindəki boş ərazidə başlayıb. Hadisə yerinə dərhal yanğınsöndürən maşınlar cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. (Baku.ws)


