ABŞ-nin Teksas ştatının Ostin şəhərində ticarət mərkəzinə silahlı basqın edilib.
Demokrat.az xəbər verir ki, bu barədə şəhərin fövqəladə səhiyyə orqanları məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 2 nəfər ölüb, 1-i ağır olmaqla 3 nəfər yaralanıb.
Həmçinin, cinayət bölgəsində təhlükəsizlik təmin edilsə də, silahlı şəxsin hələ də tutulmadığı qeyd edilib.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


