Cənubi Koreya hökuməti Ukraynaya müxtəlif yardım proqramlarında istifadə etmək üçün 393 milyon dollardan çox vəsait ayırıb.
Demokrat.az xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.
Bildirilib ki, bu rəqəm 2023-cü ildə eyni ölkə üçün ayrılan büdcədən 8 dəfə çoxdur.
Qeyd edək ki, nəzərdə tutulan büdcənin təxminən 197 milyon dolları humanitar yardıma, 98,3 milyon dolları ölkənin yenidən qurulması layihələrinə, 98,3 milyon dolları isə beynəlxalq təşkilatlara köçürüləcək.
Aysu Demokrat.az


