Dünya Özəl

Nigeriyada 116 silahlı dəstə üzvü saxlanıldı

Nigeriyada 116 silahlı dəstə üzvü saxlanıldı

Nigeriyanın Oqun əyalətində silahlı dəstələrə qarşı keçirilən əməliyyatlarda 116 nəfər saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə əyalət Polis İdarəsindən verilən məlumatda bildirilib.

Məlumata görə, polis qrupları əyalətin müxtəlif yerlərində silahlı dəstələrə qarşı əməliyyat keçirib.

Əməliyyatlar zamanı aralarında qadınların da olduğu 116 nəfər saxlanılıb və dəstə üzvlərinə məxsus xeyli miqdarda sursat ələ keçirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova