Türkiyənin Bursa vilayətində minik avtomobili yük maşınına çırpılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Yaralılar təcili tibbi yardım qrupları tərəfindən Bursa Dövlət Xəstəxanasına aparılıb. Vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


