İranın Hörmüzqan əyalətində təbii qaz boru kəmərində baş verən partlayış nəticəsində bir nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə Tesnim Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə səhər saatlarında əyalətin Kaşar bölgəsində baş verib.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum olmasa da araşdırmalar davam etdirilir.
Bölgə rəsmiləri geniş təhlükəsizlik tədbirlərinin görüldüyünü, həmçinin yanğının söndürülməsi işlərinin davam etdiyini qeyd edib.
Aysu Demokrat.az


