Hadisə

"Bank Respublika”ya basqın edən şəxs məhkəmə qarşısında

Bank Respublika”ya basqın edən şəxs məhkəmə qarşısında

Bakıda quldurluqda təqsirləndirilən İmran Əhədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

Cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib. Məhkəmənin növbəti iclası sentyabrın 5-nə təyin edilib.

Qeyd: Hadisə 19 yanvar 2023-cü il tarixdə, saat 12:15-də "Bank Respublika” ASC-nin Yasamal rayon filialının inzibati binasında qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Əhədov İmran Səxavət oğlu sözügedən bankın binasına daxil olaraq orada mühafizəçi işləyən - Yasamal Rayon Mühafizə İdarəsinin Mülki Mühafizə Xidmətinin mühafizəçisi Hüseynov Ceyhun Rahil oğluna yaxınlaşıb. Daha sonra o, bankda olan kassanın yerini soruşub. Həmin zaman C.Hüseynov qeyd olunan şəxsin hərəkətlərindən şübhələnərək onu saxlamağa çalışıb. İ.Əhədov isə əlində olan çantanın içərisindən dəmir parçası çıxarıb mühafizəçinin baş nahiyəsindən vurmaq istəyib. C.Hüseynov zərbənin qarşısını alaraq orada olan digər bank işçiləri ilə birlikdə İ.Əhədovu saxlayıb və onu Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarına təhvil veriblər. İ.Əhədova məxsus çantanın içərisinə baxış keçirilən zaman tapança tipli predmet, dəmir parçaları, daş çəkici, bıçaq və maska aşkar olunaraq götürülüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

D
demokrat.az