Dünya Özəl

ABŞ-də silahlı hücum: Ölən və yaralananlar var

ABŞ-də silahlı hücum: Ölən və yaralananlar var

ABŞ-ın Kaliforniya ştatında çoxlu sayda insanın olduğu kafeyə silahlı hücum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, hücum zamanı 10-dan çox insan güllələnib. Nəticədə 5 nəfər dünyasını dəyişib.

Əraziyə polis, xilasetmə və təcili tibbi yardım qrupları göndərilib.

Hücum edən şəxs qaçmağa çalışarkən polis qrupları tərəfindən silahla vurulub. Onun vəziyyəti ilə bağlı məlumat verilməyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova