Türkiyənin İzmir vilayətində qeyri-qanuni yollarla xaricə getməyə çalışan 32 nəfər miqrant saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Sahil Təhlükəsizlik Komandanlığından bildirilib.
Açıqlamaya görə, Menderes sahillərində bir qrup immiqrantın gəmidə olduğu öyrənilib və bölgəyə sahil mühafizə əməkdaşları göndərilib.
Dayanmış qayıqda olan 32 nəfər miqrant saxlanılaraq gəmidən düşürülüb.
İmmiqrantlar, lazımi prosedurlarından sonra inzibati şöbəyə göndərilib.
Aysu Demokrat.az


