Fransa prezidenti Emmanuel Makronun müşaviri İzabel Dümon Türkiyənin yeni səfiri təyin edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron qərar qəbul edib.
Qərara əsasən, səfirin bu həftə Türkiyəyə gəlməsi və etimadnaməni prezident Rəcəb Tayyib Ərdoğana təqdim etməsi planlaşdırılır.
Təqdimatdan sonra o, bu həftə paytaxt Ankarada vəzifəsinə başlayacaq.
Qeyd edək ki, yeni səfir son üç ildə Makronun məsul müşaviri vəzifəsində çalışıb.
Aysu Demokrat.az


