Hadisə Özəl

AZAL-ın Milan-Bakı reysi itlərə görə 3 saatdır gecikir — Sərnişinlərdən ETİRAZ

AZAL-ın Milan-Bakı reysi itlərə görə 3 saatdır gecikir — Sərnişinlərdən ETİRAZ

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Milandan Bakıya planlaşdırılan təyyarəsinin uçuşu 3 saatdan çoxdur ki, gecikir.

Bu barədə Demokrat.az-a həmin reysin sərnişinləri məlumat verib.

Məlumata görə, təyyarənin yubanmasına səbəb həmin reyslə uçan sərnişinin itlərinin hava limanına gətirilməsində gecikmədir.

İtlərə görə təyyarənin gecikdirilməsi sərnişinlərin ciddi narazılığına səbəb olub.

Məsələ ilə bağlı AZAL-dan heç bir açıqlama verilməyib.

Elmar Heydərli Demokrat.az

D
demokrat.az