“Təhlükəsizlik Şurasının Azərbaycan əleyhinə hansısa ciddi qətnamə qəbul etməyəci əvvəlcədən proqnozlaşdırılırdı. Ermənistan növbəti dəfə siyasi riyakarlıq nümayiş etdirirək, özü ilə bağlı çıxarılan qətnamələrə 30 il ərzində əməl etmədiyi halda Təhlükəsizlik Şurasını özünün çirkin manipulyasiya alətinə çevirməyə çalışdı”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib.
O qeyd edib ki, Azərbaycan beynəlxalq siyasi müstəvidə Ermənistanı siyasi fiaskoya uğratdı:

“Sadəcə müzakirələrin gedişində ənənəvi olaraq Fransa, Rusiya və bəzi digər ölkələr Laçın yolu ətrafında informasiya manipulyasiyası yaratmağa çalışdılar.
Sonuncu iclasın bizim üçün ən böyük əhəmiyyəti ondan ibarətdir ki, BMT TŞ-da iştirak edən ölkələrin nümayəndələrinin böyük əksəriyyəti təklif etdiyimiz Ağdam – Xankəndi yolundan istifadə ilə bağlı Ermənistana çağırış etdilər. Əslində, Ermənistanın Azərbaycan əleyhinə qərar veriləcəyini gözləyərək yaratdığı dünənki şou onun öz əleyhinə çevrildi”.
Törə Zeynallı Demokrat.az


