Hadisə

Gədəbəydə 58 yaşlı kişini avtomobil vuraraq öldürdü

Gədəbəydə 58 yaşlı kişini avtomobil vuraraq öldürdü

Gədəbəy rayonunun Qızıltorpaq kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü Ələsgər Bayram oğlu Allahverdiyevi avtomobil vurub.

Piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az