Kriminal Özəl

Mahir Quliyevin məhkəməsinin vaxtı açıqlandı

Mahir Quliyevin məhkəməsinin vaxtı açıqlandı

Vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiya cinayətlərində ittiham olunaraq həbs edilən Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin kasasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, məhkəmə baxışı oktyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, Mahir Quliyev Ali Məhkəməyə kasasiya şikayəti verib. İş araşdırılması üçün hakim Ələsgər Novruzovun icraatına götürülüb.

Qeyd edək ki, Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub.

Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova