Moskvanın mərkəzində zibil torbasında insan qalıqları tapılıb.
Qaynarinfo xəbər verir ki, dəhşətli tapıntı ötən bazar günü axşam, avqustun 13-də Zemlyanoy Val küçəsində "Lisa Alert” axtarış qrupunun könüllüsü tərəfindən aşkar edilib. Zibil torbasında insan kəlləsi, sümüklər, dişlər və paltar parçaları olub.
REN TV-nin mənbəyə istinadən verdiyi məlumata görə, tapılan bütün əşyalar ekspertiza üçün mütəxəssislərə təhvil verilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Bundan əvvəl Vıborqda çantaya bükülmüş insan ayağının tapıldığı bildirilirdi.


