Hadisə Özəl

İstanbulda eyni anda 16 avtomobil toqquşdu

İstanbulda eyni anda 16 avtomobil toqquşdu

Türkiyənin İstanbul şəhərində 16 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Demokrat.az xəbər verir ki, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə yerli vaxtla saat 14:30 radələrində baş verib.

Qəzaya səbəb yağışlı hava şəraitinə görə yolların sürüşkən olması olub.

Əraziyə gələn təcili tibbi yardım qrupları yaralıları xəstəxanaya yerləşdirib.

Qəza səbəbiylə şəhərin Maltepe istiqamətində nəqliyyat dayandırılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova