Dünya Özəl

Kambocanın 38 illik baş naziri vəzifəsindən getdi

Kambocanın 38 illik baş naziri vəzifəsindən getdi

38 ildir Kambocanın baş naziri olan Hun Sen vəzifəsini oğlu Hun Manetiyə təhvil verib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Kamboca kralı Norodom Sihamoni fərman imzalayıb.

Hun Sen vəzifədən getsə də parlamentdə və administrasiyada mühüm vəzifələr tutmağa davam edəcək.

Qeyd edək ki, o, ötən ay 38 illik hakimiyyətinə son qoyacağını və hakimiyyəti oğluna təhvil verəcəyini açıqlamışdı.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova