Sosial

Salyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı — FOTOLAR

Salyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı — FOTOLAR

Salyan rayonunda orta əsrlərə aid divar qalığı və məişət əşyaları tapılıb.

Demokrat.az xəbər verir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən rayonda qeydə alınmış abidələrin monitorinqi aparılıb.

Bu zaman qədim yaşayış məskəni olan Qırxçıraq kəndində divar qalığı aşkar edilib.

İnstitutun “Arxeoloji abidələrin toplusu” şöbəsinin müdiri Mikayıl Mustafayevin sözlərinə görə, Qırxçıraq ərazisində divar qalığı ilə yanaşı, şirli-şirsiz saxsı qablar, müxtəlif ölçülü çıraqlar və digər maddi-mədəniyyət nümunələri də aşkar olunub.

Bu ərazinin tarixinin isə XII-XVI əsrlərə aid olduğu bildirilib.//Report

Salyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı — FOTOLAR
Salyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı — FOTOLAR
Salyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı — FOTOLAR

D
demokrat.az