Dünya Özəl

Blinken Türkiyəyə təşəkkür etdi

Blinken Türkiyəyə təşəkkür etdi

ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə Taxıl Sazişində göstərdiyi səylərə görə təşəkkür edib.

Demokrat.az xəbər verir ki, o, bu barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilən tədbirdə danışıb.

Blinken bildirib ki, Rusiya Qara dəniz taxıl sazişindən şantaj vasitəsi kimi istifadə edir:

"Ərzaqdan müharibə vasitəsi kimi istifadəni dayandırmaqla bağlı 91 ölkə birgə bəyanat yayıb. Bu, özlüyündə güclü bəyanatdır və biz başqa ölkələri də qoşulmağa dəvət edirik.Rusiya Ukrayna ilə müharibəsində taxıl sazişindən şantaj kimi istifadə edir, bundan dərhal imtina etməlidir.

Bundan əlavə, Taxıl Müqaviləsində göstərdikləri səylərə görə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə və Türkiyəyə təşəkkürümüzü bildiririk".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova