Kriminal Özəl

Körpələrin ölümünə görə həbs edilən iki həkimlə bağlı YENİ XƏBƏR

Körpələrin ölümünə görə həbs edilən iki həkimlə bağlı YENİ XƏBƏR

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında həkim mama-ginekoloq Ziyafət Rüstəmova və həkim neonatoloq Rahilə Xəlilovanın cinayət işi araşdırılması üçün hakim icraatına verilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, işə Ağdaş rayon Məhkəməsində hakim Cavid Sultanovun sədrliyi ilə baxılacaq.

Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

Qeyd edək ki, ötən il dekabrın 12-də Gülşən Bağıyevanın xəstəxananın Ginekologiya və doğum şöbəsində ölü uşaq dünyaya gətirməsi, bir neçə gün sonra, yəni dekabrın 25-də isə Əfsanə Hacıyevanın dünyaya gətirdiyi uşağın ölməsi faktları üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Həkim mama-ginekoloq Ziyafət Rüstamova və həkim neonatoloq Rahilə Xəlilovanın Əfsanə Hacıyevaya, həkim Ziyafət Rüstamovanın isə Gülşən Bağıyevaya göstərdiyi qüsurlu tibbi xidmət səbəbindən yeni doğulmuş uşaqların ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hər iki həkimə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham irəli sürülüb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova