Dünya Özəl

Sudan Efiopiya ilə sərhədi bağladı

Sudan Efiopiya ilə sərhədi bağladı

Sudan təhlükəsizlik səbəbi ilə ölkənin cənub-şərqində Efiopiya ilə Qallabat sərhəd-keçid məntəqəsini bağlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, Xartum hökuməti Efiopiyanın Qondar bölgəsində baş verən qarşıdurmalar səbəbiylə sərhəd keçid məntəqəsini bağlamaq qərarına gəlib.

Qeyd edək ki, Sudan ötən il Efiopiya və ABŞ ilə yaşadığı gərginlikdən sonra Qallabat sərhəd keçid məntəqəsini bağlamışdı.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova