Fransa və İtaliya Nigerdəki çevrilişlə əlaqədar vətəndaşlarını təxliyə ediblər.
Demokrat.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, İtaliya Müdafiə Nazirliyi ölkəyə 99 sərnişinin gəldiyini açıqlayıb.
Eyni zamanda təxliyyə əməliyyatının tamamlandığı bildirilib.
Fransa mediası isə vətəndaşları daşıyan üç təyyarədən birinin artıq Parisə çatdığını açıqlayıb.
Bildirilib ki, Nigerdəki 1200 Fransa vətəndaşından 600-ü təxliyə tələb edib.
Qeyd edək ki, təyyarələrdə digər Avropa ölkələrinin vətəndaşları da var.
Aysu Demokrat.az


