Dünya Özəl

İsrail ordusu İordan çayının qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu İordan çayının qərb sahilində 3 fələstinlini yaraladı

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinə təşkil etdiyi basqında 3 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, məlumata əsasən, İsrail qüvvələri basqın zamanı silah və gözyaşardıcı qazdan istifadə edib.

Hücum nəticəsində 3 fələstinli güllə yarası alıb.

Onlarla insan isə gözyaşardıcı qazdan zərər çəkib.

Bununla yanaşı, qüvvələr tərəfindən 40 hektardan çox kənd təsərrüfatı sahəsi dağıdılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova