Siyasət Özəl

Moldovadan Rusiyaya çağırış: Diplomatlarınızın sayını azaldın!

Moldovadan Rusiyaya çağırış: Diplomatlarınızın sayını azaldın!

Moldova hökuməti Rusiyanın ölkədəki səfirliyinin işçilərinin sayının azaldılmasını tələb edib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Ölkədəki rus diplomatlarının casusluqla əlaqədar sayının azaldılması xahişi səfirə çatdırılıb.

Rusiya Xarici İşlər Nazirliyi mövzu ilə bağlı açıqlamasında Moldovanın qərarını əsassız adlandırıb:

“Səfirlik əməkdaşlarına irəli sürülən casusluq ittihamları tamamilə əsassızdır, Moskva buna cavab verəcək".

Aysu Demokrat.az

D
demokrat.az