Türkiyədə yanğın nəticəsində tarixi bina külə çevrilib.
Demokrat.az xəbər verir ki, hadisə Muğlanın Milas ərazisində baş verib.
Yerli vaxtla saat 12:00 radələrində tarixi binada naməlum səbəbdən yanğın baş verib.
Əraziyə yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.
Bütün müdaxilələrə baxmayaraq bina külə çevrilib.
Yanğınla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


