"Polşa NATO-nun nəzdində koalisiya yaratmaq və Ukraynadakı münaqişəyə müdaxilə etmək istəyir".
Demokrat.az xəbər verir ki, bu sözləri açıqlamasında Rusiya Prezidenti Vladimir Putin bildirib.
O deyib ki, Polşanın Ukraynaya qoşun göndərməyi planlaşdırdığına dair dəqiq məlumatlar var:
"Polşa liderlərinə gəlincə, yəqin ki, onlar NATO çətiri altında koalisiya qurmağı, sonra da özlərinə böyük bir parça qoparmağı planlaşdırırlar. İnanclarına görə, onlar öz tarixi torpaqlarını, yəni indiki Qərbi Ukraynanı geri qaytarmaq üçün Ukraynadakı münaqişəyə müdaxilə etmək istəyirlər. Məlumdur ki, onlar da Belarus torpaqlarını arzulayırlar.
Polşa keçmiş Sovet İttifaqı və Stalinin hümanist yanaşması sayəsində Almaniyadan torpaqlar aldı. İndiki Polşanın qərb torpaqları Stalinin polyaklara hədiyyəsidir. Varşavadakı dostlarımız bunu unudublarmı? Lazım olsa, biz onlara bunu təkrar xatırladacağıq".
Aysu Demokrat.az


