Sosial Özəl

Tibbdə YENİLİK — Bu xəstəliyin də dərmanı TAPILDI

Tibbdə YENİLİK — Bu xəstəliyin də dərmanı TAPILDI

Demans (demansiya – alzeymer xəstəliyinin bir növü) xəstəliyinə yaxalanma riski olan insanlarda anlama və yaddaş qabiliyyətinin azalmasının qarşısını ala bilən metod kəşf edilib.

Demokrat.az “Skynews”a istinadən xəbər verir ki, aparılan son elmi araşdırmalara görə eşitmə cihazları demans xəstələrində xəstəliyin inkişafının qarşısını ala ilər.

“The Lancet” tibbi jurnalında dərc edilən araşdırmada bildirilir ki, eşitmə cihazları demans riski olan insanlarda idrakın zəifləməsini təxminən 50 faiz ləngidə bilər.

Bəzi alimlər hesab edir ki, alzeymer kimi nevroloji xəstəliklər eşitmə problemilə əlaqəlidir.

Bəziləri isə bunun əksinə, eşitmə probleminin bu kimi xəstəliklərin əlaməti və ya səbəbi olduğuna tam əmin deyillər.

Yeni araşdırma risk altında olan 2000-ə yaxın xəstə üzərində aparılıb. Onlara 3 il eşitmə cihazları taxılıb.

70 – 84 yaş aralığında olan xəstələr təcrübə başlamazdan əvvəl və sonrakı 3 il ərzində nitq və yaddaşla bağlı testlərdən də keçiblər.

Tədqiqatçılar eşitmə cihazlarının demans riskini 48 faiz azaltdığını aşkar ediblər.

O da məlum olub ki, bu cizahlar demans hallarının 8 faizinin qarşısını ala bilər.

Cons Hopkins Universiteti Tibb fakültəsi və Blumberq İctimai Sağlamlıq Məktəbinin professoru Frank Leynin sözlərinə görə bu üsul eşitmə problemindən əziyyət çəkən insanlarda müəyyən müddət sonra demans xəstəliyi yaranması riskini gecikdirəcək, onların anlama və yaddaş qabiliyyətinin zəifləməsinin qarşısını ala biləcək.

Araşdırmanı aparan mütəxəssislərin fikrincə bu metod sadalananlarla yanaşı beyin fəaliyyətini qorumağa da kömək edə bilər.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az