Bakının Nəsimi rayonu ərazisində qanunsuz olaraq ağaclar kəsilib.
Bununla bağlı Demokrat.az-a ağacların kəsildiyi ünvanda yaşayan sakinlər məlumat verib.
Sakinlər iddia edir ki, ağaclar tikinti məqsədilə məhv edilib.
Sakinlərin sözlərinə görə, hadisə Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsində baş verib.
Ticarət obyektlərinin arxasında yerləşən ağaclar tikinti şirkətinin işçiləri tərəfindən kəsilib.
Sakinləri məsələ ilə bağlı yaşıllaşdırma idarəsinə müraciət edib.
Qeyd edək ki, idarə tərəfindən əraziyə yeni 3 ağac kolu əkilib.
Aysu Demokrat.az




