Azərbaycanda ən yaşlı nazir Səhiyyə nazirli Oqtay Şirəliyev hesab olunur. Təxminən bir aydan sonra - avqust ayının 12-də Səhiyyə nazirinin 69 yaşı tamam olacaq.
Səhiyyə nazirli Oktay Şirəliyev həm də penciya yaşı tamam olan yeganə nazir hesab olunur. "Əmək pensiyaları haqqında" qanunun tələblərinə görə, iyul ayının 1-dən etibarən kişilərin pensiya yaşı 64 il 6 ay müəyyən olunub.
İyun ayının 1-də 64 yaşı tamam olan Ədliyyə naziri Fikrət Məmmədovun isə pensiyaya çıxa bilməsi üçün hələ 6 ay vaxtı var.
Nazirlər arasına ən gənci isə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. Nazir Sahil Babayev 39 yaş var.
Nazirlərin yaşını təqdim edirik:
- Səhiyyə nazirli Oqtay Şirəliyev - 69 yaş - Ədliyyə naziri Fikrət Məmmədov - 64 yaş - Mədəniyyət naziri Əbülfəs Qarayev - 63 yaş - Müdafiə sənayesi naziri general-polkovnik Mədəd Quliyev - 61 yaş - Müdafiə naziri general-polkovnik Zakir Həsənov - 60 yaş - Xarici işlər naziri Elmar Məmmədyarov - 59 yaş - Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov - 58 yaş - Maliyyə naziri Samir Şərifov - 58 yaş - Gənclər və idman naziri Azad Rəhimov - 55 yaş - İqtisadiyyat naziri Şahin Mustafayev - 54 yaş - Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev - 52 yaş - Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov - 51 yaş - Energetika naziri Pərviz Şahbazov - 50 yaş - Təhsil naziri Ceyhun Bayramov - 46 yaş - Vergilər naziri Mikayıl Cabbarov - 43 yaş - Kənd təsərrüfatı naziri İnam Kərimov - 42 yaş - Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə - 42 yaş - Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev - 39 yaş
(Yeniavaz.com)


