Sosial Özəl

Sığorta sektoruna xarici investisiya cəlb oluna bilər? — AÇIQLAMA

Sığorta sektoruna xarici investisiya cəlb oluna bilər? — AÇIQLAMA

“Azərbaycanda digər ölkələrlə müqayisədə sığorta yığımları və ödənişləri daha azdır. Gürcüstanda bu göstərici daha çoxdur, Ermənistanda isə demək olar, bizimlə eyndir. Lakin bu ölkələrdən fərqli olaraq bizdə ümumdaxili məhsul göstəricisi daha çoxdur. Bu mövzuda narahat olmağa dəyər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycanda sığorta sahəsindəki problemlərdən danışan sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyib.

O qeyd edib ki, bir neçə ildir ölkədə sığorta sektorunda hər il digər illə müqayisədə 10 faiz daha artıq sığorta haqqı yığılır:

Sığorta sektoruna xarici investisiya cəlb oluna bilər? — AÇIQLAMA

“Bu o deməkdir ki, sığorta sektorumuz dinamik inkişaf edir. Lakin sığorta haqqı ilə bərabər sığorta ödənişləri də artmalıdır. Vətəndaşlar görməlidir ki, sığorta ödənişləri daha çoxdur, belə olarsa sığortalananların sayı artar. Bununla bağlı maarifləndirilmə aparılmalıdır”.

İlkin İbrahimov sığorta sahəsinə xarici investisiyanın cəlb olunmasının önəmini vurğulayıb:

“Yəqin ki, bundan sonra Azərbaycana xarici sığorta investisiyası cəlb olunacaq. Hazırda bütün sığorta şirkətləri daxili investisiya şəraitindədir. Xarici investisiyalı sığorta şirkətimiz yoxdur. Əgər biz bu sahəyə xarici sərmayeçiləri cəlb etmək istəyiriksə, sığorta ödənişləri və yığımlarını artırmalıyıq. Xarici investorlar görməlidir ki, burada onlar üçün münbit şərait var”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az