Türkiyədə sərnişin avtobusuna silahlı hücum edilib.
Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Kocaeli vilayətində baş verib.
Sərnişin avtobusunun qarşısını kəsən 4 nəfər şəxs atəş açmağa başlayıb.
Hücum nəticəsində avtobusun şüşələri sınıb və yararsız vəziyyətə düşüb.
Xoşbəxtlikdən xəsarət alan olmasa da şübhəlilər sürətlə hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


