Türkiyənin İzmir vilayətində meşə sahəsində yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Bildirilib ki, yanğın yerli vaxtla saat 14:30 radələrində baş verib.
8 dəqiqə ərzində bölgəyə İzmir Meşə Region Müdirliyinə aid 4 helikopter, 2 təyyarə, 15 su dispenser, 4 su təchizatı və 3 dozer göndərilib.
Ekipajlar dərhal yanğına havadan və qurudan müdaxilə edib.
Qeyd edək ki, yanğının hələlik yaşayış məntəqələri üçün təhlükə yaratmadığı bildirilib.
Aysu Demokrat.az


