ABŞ prezidenti Co Bayden Rusiyanın hərbləşdirilmiş “Vaqner” qrupunun qurucusu və rəhbəri Yevgeni Priqojinə məsləhət verib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata əsasən, prezident çıxışı zamanı Priqojin-Putin məsələsinə də toxunub.
Yevgeni Priqojinə məsləhət verən Bayden bildirib ki, o, zəhərlənmə ehtimalına qarşı diqqətli olmalıdır:
"Putinin nə edə biləcəyini Allah bilir. Onun harada və kimlərlə əlaqədə olduğundan əmin deyilik. Mən Priqojinin yerində olsaydım, nə yediyimə diqqət edərdim".
Aysu Demokrat.az


