Dünya Özəl

Baş məşqçi cinsi istismara görə mühakimə olunacaq

Baş məşqçi cinsi istismara görə mühakimə olunacaq

ABŞ-da futbol komandasının baş məşqçisi Kamilo Hurtado Kampos uşaqlara qarşı cinsi istismara görə mühakimə olunacaq.

Demokrat.az "CNN"ə istinadən xəbər verir ki, məşqçi mobil telefonunu restoranda unutduqdan sonra restoran işçiləri telefonun sahibini tapmaq üçün cihazı yoxlayıblar.

İşçilər onun telefonunda onlarla uyğunsuz video və uşaqların fotolarını gördükdən sonra polisə məlumat veriblər.

Araşdırmalar nəticəsində 63 yaşlı Kamposun 9-17 yaş arası uşaqları cinsi istismar etdiyi müəyyən edilib.

Kamposun yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar ittihamı ilə saxlanıldığı və əlavə ittihamlar tamamlanana qədər həbsdə qalacağı qeyd edilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az