Türkiyənin Adana vilayətində daha bir meşə yanğını baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Bildirilib ki, yanğın yerli vaxtla saat 16:45-də Adananın meşəlik ərazisində baş verib.
Məsələ ilə bağlı Adana Meşə Region Müdirliyi qruplarına xəbərdarlıq edilib.
Yanğına iki helikopter və təyyarə ilə havadan müdaxilə edən meşə qrupları yanğını söndürmək üçün işə başlayıb.
Ekipajlar yanğını söndürmək üçün işlərini davam etdirir.
Aysu Demokrat.az


