Sosial Özəl

Sahibsiz iti ov tüfəngi ilə öldürdü

Sahibsiz iti ov tüfəngi ilə öldürdü

Türkiyədə 53 yaşlı kişi küçədəki iti ov tüfəngi ilə öldürüb.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata əsasən, hadisə bu gün yerli vaxtla 13:30-da baş verib.

53 yaşlı kişi toyuqlarına hücum etdiyinə görə küçədə yaşayan sahibsiz iti ov tüfəngi ilə güllələyib.

Hadisəyə şahid olan yerli sakinlər dərhal polisə məlumat verib.

Nəticədə həmin şəxs polis tərəfindən saxlanılıb və hadisəni itin toyuqlara hücum etməsinə görə törətdiyini etiraf edib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova