Dünya

Çində torpaq sürüşməsi zamanı 9 nəfər itkin düşüb

Çində torpaq sürüşməsi zamanı 9 nəfər itkin düşüb

Çinin mərkəzi Hubey əyalətində torpaq sürüşməsi baş verib.

Bubarədə "Sinxua" agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 9 nəfərin itkin düşdüyü bildirilir.

Sürüşmə nəticəsində böyük süxur kütləsi yol tikintisi işlərinin aparıldığı əraziyə düşüb.

Xilasedicilər 5 nəfəri dağıntılar altından çıxarıblar.

Axtarış-xilasetmə işləri davam edir.

NE
Nihadə Eyyubova