Kriminal

Azərbaycanda ictimai birliyin sədri həbs olundu

Azərbaycanda ictimai birliyin sədri həbs olundu

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə istintaqa cəlb olunub.

APAxəbər verir ki, birlik sədri Vətən müharibəsi iştirakçısının şikayəti əsasında saxlanılıb.

Elvin Mahmudzadə qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib

NE
Nihadə Eyyubova