Sosial

Lavanda ilə ustad dərsləri — FOTO

Lavanda ilə ustad dərsləri — FOTO

Lavandanın qoxusuna, sakitləşdirici təsirinə, ən əsası isə gözəlliyinə hamımız heyranıq. Bəs lavanda ilə ustad dərslərinə nə deyirsiniz?

Odur ki, 8 iyul tarixində hər birinizi bu möhtəşəm tədbirə dəvət edirik. Proqrama daxildir:

Peşəkar ustadan təlim (iştirakçılar hazırladıqları işləri özləri ilə aparacaqlar);

Bütün lazımi materiallar ilə təmin olunacaqlar;

Lavanda çubuqlarından ətirli buket hazırlanacaq (həmin çubuqları paltarlarınızın ya dəsmallarınızın arasına yerləşdirə bilərsiniz. Bu, parçanın qoxusunu təzə və təmiz saxlayacaq); Lavanda topları (qurudulmuş lavanda topları gözəl ətirli və funksional olmağı ilə yanaşı, təbii ev aksesuarlarıdır); Lavanda sabunu (ustad dərslərində ən çox hazırlananlardandır);

Lavanda kokteyli.

Qeyd edək ki, iştirakçıların sayı məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Rezervasiya etmək üçün aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz:

(+994) 99 404 74 74, Dreamland Herbal Garden

Giriş haqqı: 30 AZN

Lavanda ilə ustad dərsləri — FOTO

NE
Nihadə Eyyubova