Türkiyənin Qaziantep vilayətində sağlamlıq məhsullarının istehsal edildiyi fabrikdə yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata əsasən, Qaziantepdə yerləşən fabrikin anbarında naməlum səbəbdən yanğın baş verib.
Hadisə yerinə gələn yanğın söndürmə qrupları dərhal yanğına müdaxilə edib.
Yanğın zamanı tüstüdən zərər çəkən işçilərdən 10-u xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


