ABŞ dövlət katibi Antoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqin vəzifə müddətinin daha bir il uzadılması qərarına münasibət bildirib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, ABŞ dövlət katibi Antoni Blinken NATO-nun baş katibi Yens Stotlenberqin vəzifəsinin 1 oktyabr 2024-cü ilə qədər uzadılması ilə bağlı açıqlama verib.
Açıqlamada deyilir: “Alyansın Yens Stoltenberqin vəzifə müddətini uzatmaq qərarını alqışlayırıq. Bizi tarixin bu kritik vaxtında NATO-nun gücləndirilməsi istiqamətində mühüm işlər gözləyir".
Aysu Demokrat.az


