Hollandiyanın Haaqa şəhərində Rusiya Ordusu tərəfindən Ukraynada törədilən hərbi cinayətləri araşdırmaq üçün beynəlxalq ofis açılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
Ofis Məhkəmə Əməkdaşlığının İnkişafı üzrə Avropa Agentliyində (Eurojust) yerləşəcək və Avropa İttifaqı ilə ABŞ tərəfindən dəstəklənəcək.
Qeyd edək ki, mərkəzin məqsədi Ukraynaya təcavüzə görə məsuliyyət daşıyanları mühakimə etməkdir.
Aysu Demokrat.az


