Dünya Özəl

Fransada etiraz aksiyalarında 3200-ə yaxın şəxs saxlanılıb

Fransada etiraz aksiyalarında 3200-ə yaxın şəxs saxlanılıb

Fransada indiyədək etiraz aksiyalarında 3200-ə yaxın şəxs polis tərəfindən saxlanılıb.

Demokrat.az xəbər verir ki, ölkədə iyunun 27-dən bəri iğtişaşlar davam edir.

Ölkə daxilində ən az 1000 bina və 5 min avtomobil yandırılıb.

İndiyədək 3 min 200-ə yaxın adam polis tərəfindən saxlanılıb.

Eyni zamanda 250 polis bölməsinə hücum edilib.

Xatırladaq ki, ölkədəki iğtişaşların səbəbi iyunun 27-də 17 yaşlı gəncin polis tərəfindən öldürülməsi ilə bağlıdır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova