Türkiyənin İzmir şəhərində meşəlik ərazidə yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Məlumata görə, əkin sahəsində saat 14:00 radələrində yanğın baş verib.
Qısa müddətdə böyüyən alov meşəyə yayılıb.
Hadisə yerinə dərhal yanğın söndürmə və xilasetmə qrupları gəlib.
Hazırda yanğına 4 helikopter, 2 təyyarə, 14 su çiləyicisi və 3 dozerlə müdaxilə edilir.
Aysu Demokrat.az


